İBRAHİM RƏİSİ BU ŞƏXSLƏRI NAZİR GÖRMƏK İSTƏYİR:

PARLAMENTƏ SİYAHI VERDİ

İran prezidenti İbrahim Rəisi avqustun 11-də formalaşdırmaqda olduğu hökumətində nazir postlarında görmək istədiyi bəzi şəxslərin siyahısını ölkə parlamentinin rəyasət heyətinə təqdim edib.

İran parlamentinin sədrinin müvini Əli Nikzad mediaya açıqlamasında deyib ki, İbrahim Rəisinin nazir postlarına təklif etdiyi şəxslərin səlahiyyətinə şənbə günündən başlanaraq baxılacaq.

Rəisinin parlamentə təqdim etdiyi siyahıda Hüseyn Əmir Abdullahiyan xarici işlər naziri, Əhməd Vəhidi daxili işlər naziri, Ehsan Xanduzu iqtisadiyyat naziri, Rüstəm Qasimi yol və şəhərsalma naziri, İsmayıl Xətib kəşfiyyat (ETTELAAT) naziri, İzzətulla Zərqami isə mədəni irs və turizm naziri postlarına təklif edilib.

Rəisinin nazir postlarına təklif etdiyi şəxslərin əksəriyyəti “Sepah” terror təşkilatın üzvü olan və ya ona yaxın sayılan şəxslərdir.

Xarici işlər naziri postuna təklif olunan Hüseyn Əmir Abdullahiyan “Sepah”ın “Qüds” briqadasına yaxın bir şəxsdir. Anti-qərb mövqeyi və ekstremist bir şəxs kimi tanınan Hüseyn Əmir Abdullahiyan hazırda İran parlamentinin sədrinin beynəlxalq məsələlər üzrə müşaviri vəzifəsində çalışır.

İbrahim Rəisinin həmçinin daxili işlər naziri postuna təklif etdiyi Əhməd Vəhidi isə 1994-cü ildə “Sepah” və ETTELAAT-a  bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus “Amya” mərkəzində törətdiyi terror aktında birbaşa rol oynadığına görə, onun adı 2007-ci ildən İNTERPOL-un qara üsiyahısındadır və o artıq beynəlxalq axtarışdadır.

İNERPOL-un qara siyahısında Əhməd Vəhididən başqa, “Sepah” terror təşkilatının keçmiş baş komandanı Möhsün Rzayi və ETTELAAT-ın keçmiş rəhbəri Əli Fəllahiyanın da adları yer alır.

Şərhlər bağlıdır.