İRAN MAŞINI DƏRƏYƏ DÜŞDÜ – SÜRÜCÜ ÖLDÜ

Yük maşını Zəngəzurun Meğri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlanıb.

Qəza günorta saatlarında, Meğri-İrəvan magistral yolunun 25-ci kilometrində baş verib. Hadisə yerinə xilasedicilər yollanıb.

Bəlli olub ki, İrandan Ermənistana daxil olan qoşqulu yük maşını yolun hərəkət hissəsindən çıxaraq təxminən 500 metr hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.