TƏBRİZİN QARABAĞLILAR MƏHƏLLƏSİNDƏ HƏBS

Təbrizin Qarabağlılar məhəlləsində qanunsuz qazıntı aparanlar saxlanılıb. Bu barədə Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının mühafizə bölməsinin başçısı Kazım Dadaşi məlumat verib.

“Qarabağlılar məhəlləsində tarixi əşyalar əldə etmək üçün qanunsuz qazıntı aparan iki nəfər saxlanılıb və onlardan aşkar edilən tarixi əşya və qazıntı avadanlıqları ilə birgə məhkəmə orqanlarına təhvil veriliblər”-deyə, K.Dadaşi bildirib.

O, qazıntı aparılan yerin artıq araşdırmalar aparılması üçün plomblandığını, tarixi əsərlərin dəyərləndirilməsi üçün mütəxəssislərin dəvət olunduğunu qeyd edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.