13 İL ƏRDƏBİLDƏ YARIMÇIQ QALAN KÖRPÜ

PUL AYRILMIR

Ərdəbil əyaləti Xalxal mahalınnın İran parlamentindəki nümayəndəsi Seyid Qəni Nəzəri əyalətin Həştin mahalında körpünün 13 ildən bəri yarımçıq qalma səbəbinə aydınlıq gətirib. Əsas problem pulla bağlıdır, oda tapılmır.

Parlamentində ərdəbilli nümayəndələr fraksiyasının başçısı Seyid Qəni Nəzəri Həştcin şəhərinin 15 kilometrliyində yerləşən və Qızılüzən çayı üzərində tikilməli olan “Kəmər” körpüsünün bölgə kəndlərinin əhalisi üçün vacib layihələrdən biri olduğunu bildirib.

O, lazimi vəsait ayrılmadığı üçün işin bu günə kimi tamamlanmadığını qeyd edib.

Nəzəri bölgə kəndlərinin yol və infrastruktur baxımından diqqətdən qıraqda qaldıqlarını, tarixi, böyük və turistik Xoms kəndinin yol və başqa problemlərinin həlli üçün son 20 ildə heç bir iş görülmədiyini söyləyib:

-Xalxalda mövcud olan mədənlərdən istifadə edildiyi halda bölgə kəndlərinin yol və infrastrukturunun qurulması üçün heç bir vəsait ayrılmır.

Şərhlər bağlıdır.