QADIN JURNALİSTLƏR KİŞİLƏRLƏ BİRGƏ İŞLƏYƏ BİLMƏZ

TASS məlumat verir ki, “Taliban” hərəkatı qadağaları bir-bir sıralayır.

Bu hərəkat tərəfindən təyin edilmiş Əfqanıstanın Bədəxşan əyalətinin hakimiyyət orqanları qadın jurnalistlərin kişi həmkarları ilə eyni media qurumunda işləməsinə qadağa qoyub.

Bu barədə Əfqanıstanın Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalət hakimiyyəti qadın jurnalistlərə “insanların sıx olduğu yerlərə getməyi və oradan reportaj hazırlamağı” da qadağan edib.

Qeyd edək ki, yerli “TOLO News”  telekanalının məlumatına görə, “Taliban” ölkədə hakimiyyətə gəldikdən sonra 250-dən çox əfqan mediası iqtisadi səbəblər və ya radikalların tətbiq etdiyi məhdudiyyətlər ucbatından bağlanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.