“TALİBAN” ABŞ-LA HƏRBİ ƏMƏKDAŞLIĞI İSTİSNA EDİR

Əfqanıstanda Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin edilmiş Əbdül Salam Hənəfi deyib:

– Amerikalılar əfqan xalqının üzləşdiyi ciddi iqtisadi çətinlikləri görürlər, lakin onlar hələ də Əfqanıstanın dövlət ehtiyatlarını blokadada saxlamaqda davam edirlər. Biz heç vaxt amerikalılarla hərbi sahədə əməkdaşlığa imkan verməyəcəyik. Əməkdaşlıq yalnız humanitar xarakterli ola bilər.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan vurğulamışdı ki, Vaşinqton Əfqanıstan xalqına humanitar yardım göstərməyə hazırdır, lakin “Taliban”dan bir sıra öhdəlikləri, o cümlədən terrorizmlə mübarizəni yerinə yetirməyi tələb edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.