MEYMUNLAR İNTİQAM ALDI- 250 İT ÖLDÜRÜLDÜ

Hindistanda bala meymunu öldürən itlərə meymunlar savaş açıb.

Maharaştra ştatının Lavul qəsəbəsində baş verən hadisədən sonra meymunlar qisas üçün əks-hücuma keçiblər.

Qəsəbə sakinləri bildiriblər ki, meymunlar keçən ay azı 250 iti öldürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, qisas almaq istəyən meymunlar itləri ağacların başına və ya binaların damına aparıb aşağı ataraq öldürürlər.

Sakinlər aidiyyəti qurumlara müraciət ediblər. Amma 5 minə yaxın insanın yaşadığı qəsəbəyə gələn məmurlar bir meymunu belə tuta bilməyiblər.

Qəsəbə sakinləri meymunları özləri tutmağa çalışsalar da, bu cəhdlər də nəticə verməyib. İtləri xilas etmək istəyərkən xəsarət alanlar da olub.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.