BAYDEN RƏNGLİ İNQİLABLARA YARIM MİLYARD AYIRDI

Birləşmiş Ştatların yeni adminstrasiyası 2022-ci ildə bütün dünyada müxtəlif demokratik təşəbbüslərin dəstəklənməsinə nə az, nə çox, 424 milyon dollar vəsait ayırmaq niyyətindədir.

Dırnaqarası Demokratiya Sammitində Bayden belə deyib: “Konqreslə planlaşdırırıq ki, gələn il şəffaf və dürüst idarəçiliyə mətbuat azadlığına dəstək də daxil olmaqla, demokratik islahatların dəstəyinə, mütərəqqi texnologiyaların tətbiqinə, demokratiya və ədalətli seçkilərin müdafiəsinə 424 milyol dollar vəsait ayıraq”.

Düzdür, Bayden fikrini bir az elmi, bir az terminoloji qabda təqdim edib. Amma biz kor deyilik axı, alt qatı bilirik axı, adətən belə təşəbbüslərin yolu, fəlsəfəsi son nəticədə gedib rəngli inqilabların təşkilinə çatır. Həm də inqilab hansı rəngdə olur olsun, nəticəsinin rəngi qırmızı olur. Qan rəngində.

Texnologiyalar dəyişmir. Devirmək, vətəndaşı öz dövlətinə qarşı içəridən qaldırmaq. Şüarlar isə dəyişir. Əgər okeanın o tayı əvvəllər demokratiya, söz azadlığı, insan haqları kimi çağırışlardan istifadə edirdisə, ərəb baharı kimi inqilab fəsilləri bu təqvimdən başlayırdısa, kütlənin təkanıyla baş verən indiki radikal küçə-meydan qabarmaları proletariatın nəbzini asan tutan ideyalar ətrafında hazırlanır. Məsələn, bu dəfə dəbdə olan söz korrupsiyadır.

Qısası: Bayden dünyada rəngli inqilablara yarım milyard dollara yaxın pul ayırmaq niyyətindədir. Deməli, bir az sonra gah bu, gah başqa oyuncaq, banan respublikasında dövlət çevrilişləri, ya da buna cəhdlərin şahidi ola bilərik. Belə.

Yəqin bundan sonra belə bir suala cavab vermək çətin olmayacaq ki, internet resurslarında fəal olan güruh ruporları niyə öz çıxışlarını bir qayda olaraq kimlərinsə ifrat varlanması, oğurlaması, talaması kimi populist, əksər hallarda əsassız, faktsız, demoqoqik məzmunlar üzərində qurur…

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.