QAZAXISTAN YENİDƏN ALOVLANDI

NAZARBAYEV ÇİNƏ SIĞINIR, PREZİDENT TOKAYEV İSƏ…

Qazaxıstanın Aktau, Almatı, Qızılorda, Nur-Sultan kimi böyük şəhərlərində yanacagın qiymətinin artırılmasına qarşı baş verən aksiyalar davam edir. Xüsusilə, Almatı şəhərində minlərlə etirazçını görmək mümkündür. Baxmayaraq ki, hökumət yanacagın qiymətini yenidən əvvəlki səviyyəsinə qaytardı,ancaq bu dəfə etirazçılar siyasi tələblərini müşahidə edə bilərik.

Hətta protest kütlə ölkə əhalisinin iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasını, parlamentin buraxılmasını və ölkənin faktiki lideri Nursultan Nazarbayevin “El atası”vəzifəsindən istefa verməsini tələb edirlər. Dogrudur, Nazarbayev 2009-cu ildə vəzifəsindən istefa versə də, o,ölkənin faktiki sultanıdır və yerinə seçdirdiyi prezident Kasım-Comart Tokayev vəzifəsində daha çox formal rol oynayır.

Bu arada, Qazaxıstan Demokrat Seçki Partiyasının Fransada siyasi mühacir həyatı yaşayan lideri Muxtar Ablyazov deyib ki, Nazarbayev ya Putinə,ya da Çinə qaçacaq.O,bildirib ki,polislər xalqa qarşı zorakılıq etməməlidirlər və insanlara qarşı kobudluq edənlər gələcəkdə mütləq cəzalandırılacaqlar.Muxtar Ablyazov Qazaxıstandakı avtoritar rejimin əsas oponentlərindən biridir.Keçmiş bank(BTA Bank) meneceri olmuş Ablyazov 2001-ci ildə təsis olunmuş dinc müxalif hərəkat olan Demokrat Seçki Partiyasını 2017-ci ildə yenidən rejimə qarşı aktiv siyasi gücə çevirməyi bacarıb.

Muxtar Ablyazov 2002-ci ildə “vəzifəsindən sui-istifadə etmə”,”vergidən yayınma”maddələri ilə 6 il azadlıqdan məhrum edilmişdi.Ablyazov cəmi 1 il həbsə qaldı və sonra N.Nazarbayev tərəfindən əfv edildi.İndi M.Ablyazov ölkədəki 31 illik “Nazarbayevizm”-ə qarşı siyasi müxalifətin nüfuzlu lideridir.

Qazaxıstan prezidenti K.C.Tokayev əhaliyə müraciətində deyib ki,təxribatlara boyun əyməsinlər və saglam düşüncə ilə hərəkət etsinlər.Lakin etirazçı kütlə küçələrdə barikadalar qurmaga cəhd edir,polis avtomobillərini yandırırlar.Artıq Qazaxıstan hökuməti yanvarın 19-na qədər Manqistau vilayətində,Aktau və Almatı şəhərlərində fövqəladə vəziyyət elan edib.

Deyə bilərəm ki,hazırda baş verən etirazlar müstəqil Qazaxıstanın tarixində ən boyük kütləvi etirazlardır.Dogrudur,2019-cu ildə etiraz aksiyaları baş vermişdi.Lakin indi cərəyan edənlər daha kütləvidir.Hətta vəziyyət o həddə çatıb ki,Qazaxıstanda əsas messencerlər olan “Telegram”,”WhatsApp” və “Signal”işləmir.Taraz və Janaozen şəhərlərində də etiraz aksiyaları keçirilir.Qazaxlar həm iqtisadi-sosial çətinliklərə,həm də ölkədəki korrupsiyaya,məmur dərəbəyliyinə etiraz edirlər.

Xalq bütün iqtisadi katakilizimlərin,infilyasiyanın,gündəlik ərzaq məhsullarının qiymətlərindəki artımın səbəbkarı kimi ölkəni 30 ildən idarə edən Nazarbayevdə görürlər və haqlı olaraq da yenilik istəyirlər.Lakin Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına sahib olan Qazaxıstanın geopolitik əhəmiyyəti o qədər vacibdir ki,indiki situasiyada rejimin devrilməsi o qədər də real görünmür.

Şübhəsiz ki,regionun əsas aktorları olan və Qazaxıstanda həm siyasi,həm də iqtisadi maraqları olan Rusiya və Çin rejimi ayaqda saxlamaqda maraqlıdırlar.

Kamal Əliyev,

siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı

Şərhlər bağlıdır.