BÖLGƏYƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİLDİ

ABŞ Suriyada terror təşkilatı YPG/PKK terror təşkilatının nəzarəti altında olan neft mədənlərindəki hərbi bazalarına İraqdan əlavə hərbi qüvvələr göndərib.

Azerbaycan-ruznamesi.org xəbər veriri ki, ABŞ-ın bu addımı son günlər İranın dəstəklədiyi terror qruplaşmalarının artan hücumlarına qarşı atıldığı bildirilib.

Bu məqsədlə İraq üzərindən Deyr əz-Zor və Hasəkədəki neft yataqlarına əlavə hərbi qüvvələr göndərildiyi deyilib.

Məlumata görə, ABŞ əvvəlcə Əl-Valid sərhəd qapısı vasitəsilə Hasəkənin Şəddadi bazasına, oradan isə “Ömər” neft sahəsinə ən azı 30 yük maşınından ibarət hərbi karvan yola salıb.

Havadan iki helikopter və qurudan YPG/PKK terrorçularının müşayiəti ilə konvoya “Hummer” tipli personal daşıyıcısı, qapalı qutular, tanklar və tikinti texnikası daxildir.

Yanvarın 5-də Deyr əz-Zor əyalətinin şərqində ABŞ qüvvələrinin yerləşdiyi “Ömər” neft yatağının yaxınlığına İranın dəstəklədiyi terror qruplaşmalarının yerləşdiyi Mayadin bölgəsindən raket hücumu həyata keçirilib. Təxminən 10 raketlə edilən hücum nəticəsində itki olmayıb. ABŞ qüvvələri də öz növbəsində Mayadini artilleriya atəşi ilə hədəfə alıb.

Şərhlər bağlıdır.