MƏBƏDİN ZİRZƏMİSİNDƏ DƏHŞƏTLİ MƏNZƏRƏ

 ÇOXLU SAYDA QIZ UŞAĞI...

Elm adamları İtaliyanın Siciliya şəhərindəki Kapuçin məbədinin zirzəmisində tapılan 163 qız mumiyası ilə bağlı geniş araşdırmalara başlayır.

Azerbaycan-ruznamesi.org “The Sun” qəzetinə istinadən xəbər verir ki, qızların təqribən 300 il əvvəl öldüyü təxmin edilir. Lakin mumiyaların niyə məbəddə olduğu və onların ölüm səbəbləri barədə məlumat yoxdur. Araşdırmalar bu ay başlayacaq.

Elm adamları məlumatları müasir aparatlarla üzə çıxarmağa çalışacaq. Cəsədlərin görünüşünün qorunduğu diqqət çəkir. Bu alimləri də təccübləndirib.

Qeyd edək Kapuçin məbədi Avropanın ən böyük mumiya məbədidir.

Şərhlər bağlıdır.