FRANSALI SENATORLAR AZƏRBAYCANI HƏDƏLƏYIRLƏR

Fransa Senatında təmsil olunan Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo, Fransa Senatında həmin fraksiya liderlərindən Damian Abadi, franksiyanın Avropa parlamentindəki nümayəndəsi Fransua-Xavier Bellaminin, eyni zamanda 242 digər respublikaçı siyasətçilər Fransa prezidentinə  Azərbaycanı şikayət edən məktub göndəriblər.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə Fransanın ən böyük qəzeti olan “Le Journal du Dimanche” yanvarın 15-də  həmin məktubu çap edib.

Məktubda davamlı olaraq Ermənistanı və erməniləri müdafiə edən bu dəstə Azərbaycanın fransadan üzür istəməsini tələb ediblər.

Müxtəlif xalqlara qarşı soyqırımı və işgəncələrlə Fransanın utanc və soyqırımcı tarixini unudan, bu özünübilməzlər, respublikaçı prezidentliyə namizəd Valeri Pekresin beynəlxalq hüququ, ən başlıca Azərbaycanın suverən hüquqlarını görməzdən gələrək, Ermənistana, ordan da 44 günlük müharibədən sonra rus sülhməramlılarının nəzarəti altındakı Xankəndi şəhərinə qanunsuz olaraq gəlməsinə haqqa qazandırmağa çalışıblar.

Amma rəsmi Bakının sərt mövqeyi, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son sərt açıqlaması bu qudurmuş respublikaçılara deyəsən dərs olmaq yerinə daha da azğınlaşmağa səbəb olub.

Respublikaçı senatorlar Makrona məktublarında qeyd edirlər ki, Azərbaycan prezidenti yerli televiziyalara müsahibəsi zamanı Paleri Pekresin səfərinə də toxunub və bildirib ki, Valeri Pekresin bu yaxınlarda Xankəndinə qanunsuz səfərindən xəbərimiz olsaydı, onu əldən verməzdik. İndi respublikaçılar məktublarında  bəyan edirlər ki, fransızlar özgür və azad xalqdılar və istədikləri yerə gedə bilərlər. Güya respubliaçı senator Xankəndinə getməklə hansısa qanunları pozmayıb.

Məktub göndərən senatorlar və siyasilər bəyan edirlər ki, onlar hər zaman Ermənistanın yanında olublar və bundan sonra da Ermənistanla birlikdə hərəkət edəcəklər.

 

Şərhlər bağlıdır.