SƏUDİYYƏ ƏRƏBİSTANINDA POLİSİ İŞSİZ QOYAN KİMDİR?

SƏUDİYYƏ ƏRƏBİSTANINDA POLİSİ İŞSİZ QOYAN KİMDİR?

Səudiyyə Ərəbistanında daha insanları saxlayıb qamçılaya bilmirlər. Küçələrdə şallaq vurmaq qadağandır.

Məlum olduğu kimi Səudiyyə Ərəbistanında hamıya dəhşət saçan, qadınları və kişiləri ticarət mərkəzlərindən qovan, bir-birilə söhbət edən qarşı cinslərin nümayəndələrini təhqir edən polislər indi bir növ işsiz qalıblar. Yeni qanun onlara belə güc tətbiq olunmasını qadağan edir.

İndi həmin polislər son illərdə bəzi sosial məhdudiyyətlərin, xüsusilə qadınlarla bağlı bir sıra qadağaların götürülməsindən narazıdırlar. Bir polis şikayətlənir ki, mənim yasaqladığım hər şeyə indi icazə verilir, ona görə də işdən çıxdım.

Səudiyyə Krallığında ictimai əxlaqı qoruyan məmurlar Fəziləti Təbliğ Etmək və Çirkinliklərə Qarşı Mübarizə Komissiyasına (qısa adı Mütəvva) tabedirlər. Onların əsas vəzifəsi ölkədə İslam əxlaqının qorumasına nəzarət etməkdən ibarətdir.

Qanun bu polislərə narkotiklərin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıqla mübarizədən tutmuş sosial davranışlara nəzarətə qədər hər cür səlahiyyəti verir.

Qeyd edək ki, 2016-cı ildən bu yana neftlə zəngin ölkədə bir sıra yasaqlar artıq götürülüb. İndi qadınlara maşın sürməyə, idman yarışlarını izləməyə, həyat yoldaşları ilə bilrikdə konsertlərə getməyə, himayəçi olmadan pasport almalarına icazə verilir.

“Əvvəllər Səudiyyə Ərəbistanında ən avtoritetli orqan Mütəvva sayılırdı, indi isə Baş əyləncələr idarasi daha əhəmiyyətli hesab olunur”,-başqa bir polis zabiti sarkazmla sözünə davam edir.

Polisin bu istehzasına əsas səbəb ötən il Səudiyyə Ərəbistanında avtomobil yarışlarının qran-prisinin keçirilməsi və burada Kanadanın pop ulduzu Castin Biberin çıxış etməsi olub.

Səudiyyəli yazıçı Səud əl-Katib “Mütəvva”nın hakimiyyətinin azaldılmasını mühüm və radikal dəyişiklik saydığını bildirib.

Agentliyin danışdırdığı, Ər-Riyad küçələrində sakitcə siqaretini çəkən Lama adlı qadın da həmin polislərə görə “göz yaşı tökmədiyini” deyir. “Bir neçə il bundan öncəyə qədər bütün bunları ağlımıza gətirə bilməzdik. Bizi sadəcə ağacla döyürdülər”.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.