XAMENEİNİ TƏHQİR EDƏN ŞAİR  HƏBS EDİLDİ

ONU NƏ GÖZLƏYİR

İranın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə “Şeydaye Həmədani” ləqəbli iranlı müxalif şair və rəssam Qasım Bəhrami saxlanılıb. Onun ölkəni tərk etməsinə imkan verilməyib.

Şair yanvarın 16-da axşam saatlarında xarici xidmətlərlə əlaqəli qrupun köməyi ilə ölkəni tərk etməyə cəhd edərkən həbsə  alınıb.

Ona qarşı irəli sürülən ittihamlar ciddi cəzaların olacağından xəbər verir. Belə ki, şairi dindarların, müqəddəslərin hisslərini təhqir etməkdə ittiham edirlər. Bildirirlər ki, Bəhrami bunu Avropa ölkələrində şöhrət qazanmaq və sığınacaq almaq üçün həyata keçirib.

Qasım Bəhrami bu ilin sentyabrında İran İslam Respublikasının ali dini lideri Əli Xamneyinin fotosunu yandırıb. Buna görə o, həbs  edilmiş və ötən il noyabrın sonunda zaminə buraxılmışdı.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.