ERMƏNİSTAN PREZİDENTİNİN İSTEFASINA DAİR

Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri barədə şərh verənlər çoxsaylı nüanslara toxunurlar. Əksəriyyət onun səlahiyyətlərinin məhdud olması üzərində dayanır. Hətta irəli gedib bunu “demokratiya nümunəsi” kimi şərh edənlər də tapılır. Bütün bu şərhlərin fövqündə dayanan, amma nədənsə üzərindən sükutla keçilən bir nüans da var. Sarkisyan öz bəyanatında açıq tekstlə istiqamət verir ki, ölkədə milli böhran var və indiki potensialla bu böhranın həll edilməsi imkansızdır. “Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi?”-deyən Sarkisyan sanki, lənətlənməkdən yaxa qurtarmaq üçün yaxasını kənara çəkir.

Siyasi şərhlər verərkən, Ermənistanda ümummilli böhran yaradan faktorlar üzərində dayanmaq, məncə, faydalı olardı.

Müşfiq Ələsgərli

Şərhlər bağlıdır.