İRAN QARIŞDI: ŞƏHƏRLƏRİ ETİRAZLAR BÜRÜDÜ

AZƏRBAYCANLILAR AYAĞA QALXDI

Güney Azərbaycan və İranın bir sıra şəhərlərində müəllimlər yenidən etiraz aksiyasına başlayıblar.

Azerbaycan-ruznamesi.org-un “Azad İran” Telegram kanalına istinadən xəbərinə görə, Təbriz, Urmu, Zəngan, Tehran və başqa şəhərlərində narazı müəllimlər yanvarın 31-i səhər saat 10-dan başlayaraq Baş Təhsil İdarələrinin qarşısına toplaşıblar.

Hakimiyyət orqanları tərəfindən etirazçıların sayının artmaması üçün ictimai və şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.

Müəllimlər vəzifələrin təsnifatlaşdırılması haqqında qanunun icra olunmasını və təqaüdlərin ödənilməsini tələb ediblər.

Qeyd edək ki, İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra 29-30 yanvar tarixlərində oturaq aksiya keçirilib.

Güney Azərbaycan şəhərləri ilə yanaşı, İranın da əksər şəhərlərində müəllimlər etiraz aksiyasına əl atıblar.

Şərhlər bağlıdır.