QƏZZAFI ÖLMƏYIB, O SAĞDIR VƏ…

- MÜHAFIZƏÇISINDƏN ŞOK AÇIQLAMA

Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin keçmiş qadın mühafizəçisi Aişə Fituri onun hələ də sağ olduğunu və müqavimətə rəhbərlik etdiyini iddia edib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, Fituri bu fikirləri “Raşn Tudey”in (RT) ərəb versiyasında yayımlanan “Sənədli sözlər” proqramında canlı yayım zamanı səsləndirib.

Mühafizəçi görüntülərdəki şəxsin Qəzzafi olmadığını iddia edib. Onun sözlərinə görə, həmin gün Sirte şəhərinə Qəzzafi yox, ona çox oxşayan Həmid Əbu Minyar adlı şəxs daxil olub. Qəzzafi həmin gün Sirteyə qətiyyən girməyib.

Fituri devrilmiş liderin həmin gün Bəni Vəlidə girdiyini, daha sonra isə oranı tərk etdiyini bildirib.

Aparıcının “DNT testi aparılıb və onun Qəzzafi olduğu sübuta yetirilib” sözlərinə isə Fituri belə cavab verib:

“Bu, doğru deyil! Bəs nə üçün BMT bu günə qədər bu məsələ ilə bağlı qərar qəbul etməyib və cənazə niyə təhvil verilməyib?”

Şərhlər bağlıdır.