21 AZƏR MİLLİ-MƏDƏNİ SOYQIRIMININ 75-Cİ İLDÖNÜMÜNƏ AİD GÖRÜLMƏLİ İŞLƏR

Dəyərli vətəndaşlar, məlum olduğu kimi, bu il, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümüdür.  Bu il ərzində həmin mövzuya  aid konfransların təşkil  və bir sıra fəaliyyətlər nəzərdə tutulmudur. ADF, Azəbaycan türk millətinin mübariz övladlarını  bu tədbirlərin keçirilməsində yaxından iştiraka çağırır.

Hər zaman olduğu kimi, bu il də 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı həqiqətlərin  geniş şəkildə təbliği istiqamətində  hər birimizi fəal olmağa,  bu işdə birlik və həmrəylik nümayiş etdirməyə və ona dəstək olmağa çağırırıq.

21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü  ilə bağlı keçirəcəyimiz tədbirlərə və  əsas işlərə aşağıdakılar daxildir:

– 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümünə həsr olunmuş onlayn və ya real platforma üzərindən dəyirmi masalar, elmi-praktik konfranslar, seminarların keçirilməsi;

–  Televiziya və radio kanallarında 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı çıxışlar və müsahibələrin təşkili;

– 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə əlaqədar jurnalistlərə məlumatlar göndərmək;

-Dünya  ölkələrin rəsmi qurumlarına, parlament üzvlərinə, müxtəlif aidiyyəti qurumların rəhbərlərinə 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı məktubların göndərilməsi;

-21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara və qeyri-hökumət təşkilatlarına məktubların göndərilməsi (BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Amnesty International, Human Rights Watch və s.);

– Siyasətçilərin, mədəniyyət xadimlərinin, idmançıların 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı sosial şəbəkədə olan  hesablarında paylaşımlar edilməsi istiqamətində işin aparılması;

-21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı klassik musiqi gecələrin təşkili;

– İctimaiyyətə açıq yerlərdə 21 Azər Milli-Mədəni  Soyqırımının qurbanlarının xatirəsinə  həsr olunmuş anım guşəsinin təşkili, şam yandırma, broşüra və faciəni əks etdirən şəkillərin paylanması;

– Nüfuzlu kütləvi informasiya vasitələrində, media orqanlarında 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümünə dair məqalələrin, yazıların dərc etdirilməsi, materialların yayılması və müsahibələrin verilməsi;

-21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı broşüraların çap etdirilərək, eləcə də xarici dillərə tərcümə olunaraq yayılmasının təmin edilməsi;

– Müxtəlif beynəlxalq təşkilatlar və media qurumlarının 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı dərc etdikləri yazılar və ya açıqlamaların sosial şəbəkə hesabları vasitəsilə yayılmasının təmin etmək;

– Müxtəlif ictimai reklam lövhələrində təbliğat işinin aparılması,  misal üçün avtobusların üzərində, dayanacaqlarda, magistral yollarda, divarlarda 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı məlumatların yerləşdirilməsi, posterlərin qoyulması, reklam lövhələrinin yapışdırılması;

-21 Azər Milli-Mədəni  Soyqırımının reallıqlarını əks etdirən elektron lövhə quraşdırmaq;

-“Youtube” kanalı, “facebook”, “twitter”, “instagram”, “telegram” kimi sosial şəbəkə hesablarında 21 Azər Milli-Mədəni  Soyqırımının 75-ci ildönümü ilə bağlı məlumatların paylaşılması;

-21 Azər Milli-Mədəni  Soyqırımını törədən canilərin, Pəhləvi rejimi və  onun varisləri, davamçıları, İran islam rejimi  və 21 Azər Milli-Mədəni  Soyqırımını dəstəkləyənləri və onların bu işdə etiraflarının və fotopankartlarını sosial şəbəkələr üzərindən dünyaya çatdırılması.

Azərbaycan Demokrat Firqəsinin beynəlxalq əlaqələr komitəsi

Şərhlər bağlıdır.