6 İL HƏBSDƏ OLAN İKİ GƏNCİN MARAĞA HƏBSXANASINDA EDAMI

30.01.2022. “Nə həbsxana, nə də edam” saytına istinadən

İnsan Haqları Mərkəzinin məlumatına görə, 30 yanvar 2022-ci il tarixində səhər tezdən iki gənc məhbus – Mehrdad Kərimpur və Fərid Məhəmmədi Marağa həbsxanasında edam edilmişlər.

HRANA (Human Rights Activists News Agency/ Hüquq Müdafiəçiləri Xəbər Agentliyi)-nın məlumatına görə, bu iki məhbusun – 1989-cu il təvəllüdlü Kərimpur Mehrdad (Əkbər) Rəsul oğlu və Fərid Məhəmmədinin ittihamlarının təfərrüatları açıqlanıb. Hər iki məhbus təxminən altı il əvvəl həbs edilib və o vaxtdan həbsdədirlər.

Bu iki məhbusun edamı da daxil olmaqla, 2021-ci ilin mart ayından bu günə, yəni 2022-ci ilin yanvar ayının 30-a kimi ən azı 307 məhbus edam edilib.

Beynəlxalq Amnistiya (Əhv) Təşkilatının illik hesabatına görə, hazırda dünya ölkələrinin üçdə ikisindən çoxu (144 ölkə) ölüm hökmünü qanuni və ya əməli olaraq ləğv etmişdir. Amma İranda ölüm hökmlərinin sayı hər keçən gün daha da çoxalır və İbrahim Rəisinin prezidentliyi və Ejeinin məhkəməyə sədrliyi ilə ölüm hökmlərinin icrası daha da sürətlənir.

Beynəlxalq Amnistiya (Əhv) Təşkilatı özünün 18 dekabr 2021-ci il  tarixli hesabatında İranı dünyanın ikinci ən böyük edamçı dövləti kimi göstərib.

İnsan Hüquqları Mərkəzinin hesablamalarına görə, 2021-ci ildə İranda ən azı 350 edam hökmü icra edilib. Bu statistikaya görə, İranda gündə orta hesabla bir edam hökmü həyata keçirilir.

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.