AZƏRBAYCANLI MİLLƏT VƏKİLİ DEYİR:

ETTELAAT BİZİ AZƏRBAYCAN RESPUBLİKASI ƏLEYHİNƏ DANIŞMAĞA MƏCBUR EDİR

Güney Azərbaycanın Biləsuvar şəhərinin İran məclisindəki millət vəkili Şəkur Purhüseyn İran Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) azərbaycanlı millət vəkillərinə təzyiq göstərək, Azərbaycan Respublikası əleyhinə danışmağı tələb etdiyini bildirib

Purhüseyn deyib: “ETTELAAT bizdən Azərbaycan Respublikası ilə bağlı tənqidi mövqe tutmağımızı, fikir söyləməyimizi istəyir. Bu səbəbdən İran məclisində təmsil olunan azərbaycanlı millət vəkilləri çətin durumdadırlar”.

O həmçinin deyib: “Son günlər Təhlükəsizlik Nazirliyinin əməkdaşları bizimlə əlaqə saxlayaraq Azərbaycan Respublikası ilə bağlı susmağımıza irad bildiriblər”.

Biləsuvar gömrük keçid məntəqəsi ilə bağlı jurnalistlərin sualına cavab verən Şəkur Purhüseyn deyib ki, İran hökuməti Azərbaycan Respublikası ilə sərhəd bölgələrindən faydalı istifadə etmək əvəzinə, bu amili təhdid alətinə çevirir.

Purhüseyn digər azərbaycanlı millət vəkillərinin adını çəkərək İranın mövqeyinə görə Azərbaycana münasibətdə pis vəziyyətə qaldıqlarını etiraf edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.