İranda ilaxır çərşənbələrdə baş verən insidentlərdə indiyədək 4 nəfər ölüb , 84 nəfər yaralanıb.
Azerbaycan-ruznamesi.org APA-ya istinadən bildirir ki, İran Təcili Tibbi Yardım mərkəzinin məlumatına görə, ölənlər partlayıcı oyuncaqların partlaması və güclü yanğın nəticəsində həyatlarını itiriblər.
Yaralanan 84 nəfərdən 11 nəfərin vəziyyəti ağırdır.
İran Təcili Tibbi Yardım Mərkəzi valideynlərə uşaqların və yeniyetmələrin partlayıcı oyuncaqlarla davranışı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində ilaxır çərşənbələrdə partlayıcı oyuncaqlar onlarla insanın ölümünə və yaralanmasına səbəb olur.
Şərhlər bağlıdır.