PREZİDENT İLHAM ƏLİYEVƏ BÖYÜK ETİMAD

O, DÜNYA AZƏRBAYCANLILARININ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ SƏDRİ SEÇİLİB

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

Bu barədə Diaspora İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 23-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı başa çatıb.

Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.