Azərbaycanın Güneyinin Qərb əyalətinin 4 yemək və şirniyyat növü qeyri-maddi irs siyahısına daxil edilib. Əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəis müavini Həsən Sepehrfər bu barədə məlumatı açıqlayıb.
Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Həsən Sepehrfərin bildirdiyinə görə, əyalətin dörd yemək və şirniyyatı qeyri-maddi əsərlər siyahısında qeydiyyata alınıb.
“Milli və ənənəvi yeməklərin tanıtdırılması bölgədə turizmi inkişaf etdirməklə yanaşı, xalqın adət-ənənələrininin qorunması və sağlam həyat tərzini təbliğ edir”, – deyə Sepehrfər “İRNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, azərbaycanlılara özəl “yarpaq dolması”, “ceviz halvası”, “kök halvası” və “yarma qablısı” qeyri-maddi əsərlər siyahısına salınıb.
Şərhlər bağlıdır.