PAKİSTANIN MƏŞHUR QIZILBAŞ AİLƏSİ…

Pəncabın Qızılbaş ailəsi (Əli Rza Xanın nəsli) – əslən Şirvandan olan, bir zamanlar Pəncab (Pakistan) və Əfqanıstanda, qızılbaş mənşəli nüfuzlu Azərbaycan ailəsi idi.

Ailənin ən əhəmiyyətli nümayəndələrindən biri, Birinci İngilis-Əfqan müharibəsində (1839-1842) və Hindistanda ingilislərə kömək etməsi ilə tanınan Əli Rza Xan Qızılbaş idi.

Nəslin tarixi.

Əli Rza Xanın babası Sərdar Əli Xan, Xəzərin qərb sahilində, Azərbaycan (Qızılbaş) türklərinin məskunlaşdığı və bir çox nəsillərin hökmranlıq etdiyi Şirvan əyalətini ilk tərk edən şəxs oldu.

1738-ci ildə Gilzayları sıxışdıraraq Xorasanı ələ keçirən Nadir şah Hindistana qarşı yürüşə hazırlaşanda Əli Xanı və digər nəcib qızılbaşları özü ilə apardı.

Əli Xan yürüş zamanı orduda idi və Hindistandan qayıtdıqdan sonra Nadir tərəfindən Qəndəhar valisi təyin edildi. Digər Qızılbaş zadəganlara Kabul və Pişəvərin idarəsi həvalə edildi.

Böyük nüfuza sahib Qızılbaş ailəsi Pəncabda İslamın inkişafına güclü töhfə vermişdilər.

Fəth Əli Xan (1862-1923) xeyriyyəçiliklə yanaşı, müsəlmanların təhsili ilə də məşğul idi. Hindular ingilis dilini bilməyin hansı iş perspektivləri verəcəyini təxmin etdikdə, bu yolla müsəlmanları üstələmək istədilər.

Fəth Əli Xan, niyyətlərini öncədən görərək, müsəlmanları maarifləndirməyə başladı, Laxorda bir məktəb və kollec tikdi. Həm də öz pulu ilə Laxor xəstəxanasında həkimlər üçün bir blok tikdirdi.

Fəth Əli Xan, Pəncab Liderləri Cəmiyyətinin, Pəncab Müsəlman Birliyinin və digər təşkilatların prezidenti idi.

İngiltərədən sonrakı müstəqil Pakistanın görkəmli simaları arasında Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Sayed Babar Əli, general Hüseyn Mehdi, Pakistanın Baş naziri və Maliyyə Naziri və Fransadakı səfiri Müzəffər Əli Qızılbaş və Pakistanda qadın hüquqları mübarizəçisi, qardaşı qızı Şahtac Qızılbaş var.

Foto: Fəth Əli Xan Qızılbaş (1862-1923).

Bütöv Azərbaycan Ocaqları

Şərhlər bağlıdır.