PƏNCƏRƏDƏN BAXMAQ DA QORXULUDUR

İRAN POLİSİ GÜNAHSIZ VƏTƏNDAŞI GÜLLƏLƏDİ

İranın repressiyalara alışmış əmniyyə gücləri daha bir günahsız vətəndaşın faciəsinə səbəb olub. Pişəli Qalibi Hacıvəndi adlı günahsız vətəndaşı öz evində öldürülüb.

Hadisə Dezful şəhərinin Zerai bölgəsində baş verib. Mayın 13-də bu şəhərə  texnika yeridən hökumət gecikmədən repressiyalara başlayıb.

Qalibi Hacıvəndi adlı vətəndaş evinin pəncərəsindən başını çıxararkən təhlükəsizlik qüvvələri tərəfindən başından vurularaq öldürülüb.

Xatırladaq ki, İran hakimiyyəti son bahalaşmaya qarşı etiraza qalxan vətəndaşların aksiyalarını dağıtmaq üçün ölkənin müxtəlif əyalət və şəhərlərinə ağır və yüngül texnika yeridib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.