Azərbaycanın Güneyi Şərq əyalətinin Vərziğan şəhərinin İran parlamentindəki millət vəkili Allahverdi Dehqani internetin qiymətinin qaldırılmasına qarşı çıxıb.
Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, o bunun əhalinin daha çox problem yaşayacağına səbəb olacağını deyib.
Allahverdi Dehqani bahalaşmanı internetin keyfiyyətinin yaxşılaşdırılması ilə olduğu barədə fikirləri yersiz adlandırıb və bunun üçün dövlət hesabına investisiya ayırmaq və yeni texnologiyaların tətbiq edilməli olduğunu söyləyib.
Qeyd edək ki, son günlər İranda internetin bahalaşması ilə bağlı təkliflər əhali və internet istifadəçilərinin etirazları ilə qarşılaşıb.
İstifadəçilər bunun indiki ağır iqtisadi durumda vətəndaşların internetə çıxışını məhdudlaşdırmaq, informasiya almaq imkanlarını zəiflətmək niyyəti ilə həyata keçirildiyini bildirirlər.
Şərhlər bağlıdır.