Ayətullah Seyid Abdulla Fateminiya vəfat edib (Allah rəhmət eləsin). Atası Seyid İsmayıl Esfiyayi də ayətullah olub. Fateminiya, yəni Fatma nəslindən/atası isə Esfiyayi, yəni Peyğəmbərə ən yaxın olan dəstələrdən ikincisinə – birinci əshab və ikincisi esfiya – mənsub olan deməkdir.
Bu ali ruhanilər Azərbaycanın kiçik bir yaşayış məntəqəsindən çıxsalar da, deyəsən, nə türklük, nə də azərbaycanlılıqla heç bir əlaqələri olmayıb. Biri peyğəmbərə, digəri onun qızına aid olması ilə fəxr edirdilər. Əgər indiyə kimi yüksək məqama çatmış bir milli ruhlu ayətulla tərbiyə edilsə idi, yüz dənə adı olub özü olmayan siyasi təşkilatdan daha çox faydalı iş görmüş olardı.
Şərhlər bağlıdır.