GÜNEYLI DAĞÇILARIN AKSİYASI:

MƏHBUS MÜƏLLİMLƏR AZAD OLUNSUN!

Azərbaycanın Güneyində dağçılar yürüş keçirərək İranda həbs edilən müəllimlərin azadlığa buraxılmalarını istəyiblər.

Təbriz Turan TV xəbər verir ki, Mərənd bölgəsində yerləşən Mişov dağ silsiləsinin 3100 metrlik “Göy Zəngi” zirvəsinə qalxan dağçılar müəllimlərə dəstək plakatları qaldırıblar.

“Müəllimlərin yeri zindan deyil” plakatı açan alpinistlərlə yanaşı Culfa şəhərindən olan bir neçə müəllimdə aksiyaya qoşulub.

Bundan öncə iranlı müəllimlər maaşların artırılması, bərabər hüquqlarının olması, müəllimlərin təsnifatlandırılması və qanununun tam icrası kimi bir sıra tələblərlə etiraz mitinqləri keçiriblər.

İran Müəllimlər Birliyinin verdiyi məlumata görə, mayın 1-də keçirilən aksiyalar zamanı 70-ə yaxın müəllim saxlanılıb.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.