İRANLI DEPUTAT HÖKUMƏTİ NİYƏ TƏNQİD ETDİ

ÖLKƏNİ İDARƏ ETMƏKDƏ ACİZDİRLƏR

İran İslam Şurası Məclisinin Xorasan-e Rəzəvi əyalətindən seçilmiş millət vəkili Cəlil Rəhimi Cahanabadi İbrahim Rəisi hökumətini sərt tənqid edib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, o, fikirlərini parlamentinin ümumi iclasında səsləndirib.“Mill

ətdən geriyə heç nə qalmayıb və bu günlərdə xalqın nifrət və lənəti ilə üz-üzəyik”, – deyə o qəzəbini ifadə edib.

“Hökumət ölkəni idarə etmək gücündə deyil, parlament nəzarət və qanunverici orqan olaraq işə qarışmalıdır”, – deyə Cahanabadi əlavə edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.