TÜRKİYƏDƏ ABŞ-IN BÜTÜN HƏRBİBAZALARI BAĞLANMALIDIR!

Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu təklif edib ki, ölkədə ABŞ-ın bütün hərbi bazaları bağlanmalıdır.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, öz bəyanatını o, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının NATO-dan çıxmaq zərurəti barədəki təklifindən sonra səsləndirib.

«Baxçalı NATO-dan çıxmağı təklif edib. NATO bloku Türkiyə üçün vacibdir, amma mən, istərdim inanım ki, hakimiyyət nə qədər səmimidir. ABŞ Yunanıstanı bazalarla doldurub, onların məqsədi aydındır. Qoy, onlar Türkiyədə ABŞ-ın hərbi obyektlərinin bağlanması barədə parlamentə qanun layihəsi təqdim etsinlər, biz onu dəstəkləyək – Kılıçdaroğlu öz Tvitterində yazıb – Biz, özümüzdən asılı olan hər şeyi etməyə hazırıq. Hakimiyyəti dəstəkləyənlər, siz hazırsınızmı?»

Kılıçdaroğlunun bəyanatına görə, onun rəhbərlik etdiyi partiya ölkə ərazisində xarici hərbçilərin olmasının əleyhinədir

Türkiyə ərazisində ABŞ Silahlı Qüvvələrinin maraqlarına xidmət edən 50-dən artıq hərbi baza və obyekt var. Onların ən böyüyü İncirlikdəki aviabazadır – orada taktiki aviasiya təyyarələri daim döyüş növbəsi çəkirlər.

Xəbər verildiyi kimi, mayın 24-də Dövlət Baxçalı parlamentdə çıxışı zamanı bəyan edib ki, əgər İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində situasiya dalana dirənərsə, Ankara NATO blokundan çıxmaq məsələsinə baxmalıdır.

Türkiyə tələb edir ki, Skandinaviya ölkələri terrorçu kimi tanınmış Kürd Fəhlə Partiyasını, Suriya milli müdafiə qüvvələrini və FETÖ təşkilatını dəstəkləməyəcəkləri barədə yazılı zəmanət verməlidir.

Şərhlər bağlıdır.