“RZA ŞAH RUHUN ŞAD” ŞÜARI ƏRƏBLƏRƏ YAPIŞMAZ

Ordubeheşt ayının ikinci yarısında, öncə bahalığa, məişət vəsaitinin ağırlığına etiraz olaraq, Ərəb-Əl Əhvaz xalqı bir neçə şəhərdə etiraz mitinqinə başlamışdır. Sonralar metropel binasının çökməsi səbəbindən, əhalinin həlak olması ucbatından etirazlar daha da şiddətlənmişdi. İran İslam Respublikasının silahlı qüvvələri etriazlara qarşı həmişəki kimi zorakılığa əl atdı, bir çox Ərəb-Əl-Əhvaz gənclərini həbs etdi.

Güney Azərbaycan xalqı illərdir ki, İran İslam Respublikasının bu kimi siyasətilə tanışdır. Əl Əhvazın mübariz xalqı isə bu kimi haqsız, ədalətsiz zorakılıqla illərdir mübarizə aparır, məhbus, şəhid verərək, sürgünlərə məruz qalıb. Abadan və digər ərəb şəhərləri, bu etirazlara qarşı yorulmadan haqlı mübarizəni davam etdirir. Bu mübarizənin, İran İslam Respublikasının ömrü qədər tarixi var. İnqilabın sabahından başlayarq, ərəb xalqı öz milli-mədəni hüquqlarını tələb edib, general Mədəninin gülləsinə tuş gəliblər. Həmin cağlar, Azərbaycan və türkmən xalqlarının, öz milli-mədəni istəkləri səbəbindən, zindana, edama məhkum olan vaxtlar idi. Digər xalqlar da eyni taleyi bu günə qədər də yaşayırlar.

Təəssüflər olsun ki, bu siyasəti İran İslam Respublikası şah rejimindən sonra davam etdirərək, şahlıq rejiminin üsullarını, islami hökumətinin pərdəsi altında həyata keçirir. İrqiçilik, ayrı seçkilik, iqtisadi, siyasi, mədəni basqılar, bir sözlə, aparteid rejiminə qarşı mübarizə bü günə qədər davam edir. Şah rejimi zülm altında yaşayan millətlərə qarşı əritmə siyasətini, tam mənasında zorakılıqla tətbiq edir, İran İslam rejimi də həmin siyasəti, başqa formada, eyni məzmunda din və məzhəb adı altında həyata keçirir.

İran İslam Respublikasının qeyri insani siyasətinə baxmayaraq, zülm altında yaşayan xalq və millətlər, o cümlədən türk, türkmən, bəluc, kürd xalqları da iki qat zülmə qarşı çiyin-çiyinə mübarizə aparırlar. Mübarizə müxtəlif şəkillərlə, ayrı-ayrı zamanlarda həyata keçsə də, ancaq həmrəylik, əməldə birlik nümayiş etdirilir, daim totalitar rejimə qarşı biri-birinə dayaq durmaqla irəliləyirlər.

Bü gün də Azərbaycan türkləri Ərəb-Əl Əhvaz şəhərlərində ayağa qalxan xalqı himayə edir. Amma bununla yanaşı ərəb xalqına yaraşmayan “Rza şah sənin ruhun şah olsun” şüarını qətiyyən məqbul saymır. Bu damğa ərəblərə yapışmır. İranda irqiçiliklə mübarizə aparan ərəb ziyalıları, dəfələrlə bunu qeyd etmişlər. Xüsusi olaraq son Abadan şəhərinin etiraz və nümayişlərinin ən qızğın çağında “Rza şah ruhun şad” mürtəce şüarının səslənməsinin şahidi oluruq. Bunu ərəb xalqının hesabına yazmaq mümükün deyil. Bəlkə də bu pravakatorların və ya bulanıq sudan balıq tutanların fürsəttələblik cəhdləri kimi düşünmək olar. Ola bilsin ki, bu iş, bəzi dostlarda sorğu-sual yarada bilər. İstər şahçılar olsun, istər şeyxçilər, onların Ərəb-Əl-Əhvaz xalqının həyat və yaşayışında son yüz ildə müsbət rol oynamamışlar. Ancaq onların digər xalqlara qarşı apardıqları irqçi siyasət yadda qalandır. 1299-cü ildən Rza şahın kudita və çevrilişindən sonra türk, ərəb, bəluc xalqların üzü gülməmişdir. İranda  yaşayan millətlər yaxşı bilirlər ki, Rza şah və onun oğlunun dağıdıcı rolu bu gün də İran İslam Respublikasının vasitəsilə davam edir. Azərbycan türkləri son illərdə dəfələrlə meydanda, Azərbaycan Milli Hökumətinin şüarları və istəklərini xatırladaraq, Ərəb-Əl-Əhvaz xalqıyla birgə, ittifaq formasında mərkəzi hökumətə qarşı mübarizənin tərəfdarıdır.

Əziz dostlar, yəqin xatırlayarsız ki, keçən illərdə ərəb xalqının su qıtlığı barəsində kütləvi etirazları baş tutanda, Azərbaycan xalqı hərtərəfli himayəsini Ərəb-Əl-Əhvaz xalqından əsirgəməmişdir. Biz Azərbaycan türkləri mərkəzi totalitar hökumətin yerinə, öz milli hökumətlərimizi quraraq, konfederasion təsisinə qədər digər xalqlarla müştərək mübarizəni davam etdirəcəyik.

Yaşasın Ərəb-Əl-Əhvaz xalqı!

Yaşasın Azərbaycan türk milləti!

Yaşasın qeyri fars millətlərin birgə mübarizəsi!

Qalib gəlsin totalitar rejimə qarşı birgə mübarizəmız!

Abdulla Əmir Haşımi Cavanşir,
Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu

Şərhlər bağlıdır.