ÇƏTİN GÜNÜN STRATEJİ DOSTLARI

İRANLA VENESUELA 20 İLLİYƏ SAZİŞ İMZALADI

İran Prezidenti İbrahim Rəisi iyunun 11-də səhər Saad-Abad mədəni-tarixi kompleksində venesuelalı həmkarı Nikolas Maduro ilə görüşüb.

İRNA agentliyi bildirir ki, bu mərasimdə İranın və Venesuelanın dövlət himnləri səsləndirilib, Rəisi və Maduro fəxri qarovul dəstəsinin önündən  keçiblər.

Sonra İran və Venesuela prezidentləri arasında görüş olub. Görüşdən sonra  iki ölkə arasında siyasət, mədəniyyət, iqtisadiyyat, neft, neft-kimya və turizm kimi sahələrdə 20 illik əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanma mərasimində İran və Venesuela prezidentləri – İbrahim Rəisi və Nikolas Maduro iştirak ediblər.

Qeyd edək ki, Venesuela Prezidenti Türkiyəyə iki günlük səfərindən sonra iranlı həmkarının dəvəti ilə cümə günü axşam Tehrana iki günlük səfərə gəlib.

Onu da qeyd edək ki, Maduro ilk dəfə İrana 2016-cı ildə səfər etmişdi.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.