Tehranın Pərdisan parkında faciə baş verib. Xanım Mariya Arefini həbs etmək istəyən polis patruluna müqavimət göstərən İran millisinin keçmiş boksçusu Rza Muradxani zabit tərəfindən güllələnib.
Polis məmuru öncə cütlüyün və onların 10 aylıq körpəsinin üzünə bibər qazı vurub. Rzanın dediyinə görə, onun gözləri bibər qazından gözləri heç bir yeri görmədiyi halda 22-23 yaşlı zabit əvvəlcə havaya, daha sonra isə ona doğru birbaşa atəş açıb. Boks üzrə çempion, Türkiyənin “Fənərbaxça” komandasının üzvü Rza Muradxani 4 güllə ilə ayağından və qarnından yaralanıb. Hadisə ilə bağlı polisin yalan iddialar səsləndirməsindən sonra cütlük “Şərq” qəzetinə açıqlama vermək qərarına gəlib.
Xatırladaq ki, İran adlan ölkədə polis patrul xidməti, əsasən qadınlara yersiz müdaxilələrlə guya hicaba riayət etmədikləri üçün onları təhqir edirlər.
Buna dair sosial mediada yayılan videolardan aydın olur ki, İran xanımları molla rejiminin bu cür yersiz qadağa və müdaxilələrindən artıq beziblər.
VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/551308806447894/
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.