RUSLAR BALTİK DƏNİZİNİN MƏKANINDADIR

HELİKOPTER ESTONİYADA GÖRÜNÜR

Rusiya ordusuna məxsus helikopterin sərhədi iki dəqiqə keçməsi ilə gərginlik Litvadan Estoniyaya keçib. Rusiya isə Litvaya təkcə diplomatik cavab verməyəcəyini açıqlayıb.

Reyting.az-a istinad edən azerbaycan-ruznamesi.org xatırladır ki, Avropa İttifaqı (Aİ) və NATO üzvü olan Litva həftə sonu Rusiya qatarlarının Kalininqrada hərəkətinə qadağa qoyub. Rusiyanı hədəfə alan AB sanksiyalarını həyata keçirən rəsmi Vilnüs yük qatarlarının kömür, təyyarə yanacağı, tikinti materialları kimi məhsulların daşınmasının qarşısını alıb. Rusiya isə məhdudiyyətlərin dərhal ləğvini tələb edir və əks halda sərt cavab verəcəyini bildirir.

Litva və Aİ nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılarkən, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Kalininqrada gedib. Patruşev bildirib ki, Moskvanın cavab tədbirləri Litva əhalisinə ciddi şəkildə mənfi təsir göstərəcək.

Rusiya ordusu isə çərşənbə axşamı Baltik dənizinə raket zərbələri endirib. “Zvezda” telekanalı Baltik donanmasında “Soobrazitelnıy” hərbi gəmisinin atdığı raketlərin görüntüsünü nümayiş etdirib. Taktiki təlimə 10 gəmi və dəniz vasitəsinin qatıldığını yazan Rusiya mətbuatı bildirir ki, raketin atıldığı ərazi mülki gəmilərin keçidinə bağlanıb.

Rusiya və NATO-nu qarşı-qarşıya qoyan daha bir təhlükəli addım atılıb. Britaniyanın “Sky News” kanalı Rusiya helikopterlərinin Ukraynaya təcavüzündən sonra ilk dəfə NATO üzvü Estoniyanın hava məkanına daxil olduğunu bildirib.

Qeyd olunur ki, Rusiya helikopterinin sərhədi keçməsi NATO-nun tarixi sammiti ərəfəsində təxribatçı bir hərəkətdir.

Rusiyanın “Mi-8” sərhəd mühafizə helikopteri şənbə günü axşam icazə olmadan Estoniyanın hava məkanına daxil olub. Estoniya ordusu helikopterin ölkənin cənub-şərqindəki Koidulo bölgəsində sərhədi keçdiyini açıqlayıb.

Helikopter sərhədi keçdiyi üçün Tallin administrasiyası Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb və pozuntuya etirazını bildirib. Üstəlik, Rusiya ordusu raket təlimlərində hər gün Estoniyanı hədəfə alır.

Estoniya Müdafiə Nazirliyinin rəsmisi Kusti Salm deyib ki, Rusiya təhlükəsi heç vaxt bu qədər ciddi olmayıb. Salmın sözlərinə görə, Rusiya helikopterləri son bir həftə ərzində dəfələrlə sərhədə yaxınlaşıb.

Danimarka xarici işlər naziri Jeppe Kofod Bornholm adası yaxınlığında baş verən pozuntunun son dərəcə məsuliyyətsiz və kobud olduğunu bildirərək deyib ki, belə zorakılıq üsulları onun ölkəsində işləmir.

Baltik dənizində gərginlik artdıqca Rusiya ərazisi Kalininqrad Putin üçün həyati əhəmiyyət kəsb edir. Təxminən 430.000 insanın yaşadığı Kalininqrad şimaldan və şərqdən Litva, cənubdan Polşa ilə əhatə olunub. Rusiyadan yola düşən yük qatarı Kalininqrada çatmaq üçün Belarus və Litvadan keçməlidir. Polşadan fasiləsiz tranzit yoxdur.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik donanmasının yerləşdiyi Kalininqradda nüvə başlıqlı “İsgəndər” raketlərini olduğu da məlumdur.

Dünyanın ən böyük ərazisinə malik ölkə olan Rusiyanın qalan hissəsindən ayrılan Kalininqradla bağlı “Washington Post” qəzeti də yazıb. Qəzet Kalininqradı Avropa ilə Rusiya arasında “son parıltı nöqtəsi” kimi təqdim edib.

Uzun müddət “Kremlin Baltik dənizində batmaz təyyarədaşıyan gəmisi” adlandırılan Kalininqrad həm strateji, həm də hərbi baxımdan Rusiya üçün əsas nöqtədir. Burada yerləşdirilən silahlar Qərbi Avropa ölkələrinin asanlıqla çata biləcəyi məsafədədir.

Şərhlər bağlıdır.