İRANDA CƏSUS OVU

SEPAH BRİTANIYANIN SƏFİRİNİ VƏ BİR NEÇƏ ƏMƏKDAŞINI SAXLADI

İran İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Caylz Uitakeri və bir neçə xarici ölkə diplomatını casusluq ittihamı ilə saxlayıb.

Məlumatı “Farsnews” yayıb.

Bildirilib ki, diplomatlar İranın Kerman əyalətində Şahdad çölündə torpaq nümunəsi götürərkən tutulublar. Qvardiyanın kəşfiyyat xidməti hadisənin video-görüntüsünü də yayıb.

“Böyük Britaniya səfirinin müavini ailəsi ilə birlikdə turist kimi Şahdad çölünə səyahət edib. Ancaq videodan məlum olur ki, o, bu ərazidə torpaq nümunəsi toplayıb”, – məlumat qeyd olunub.

Qeyd olunub ki, İrana elmi mübadilə adı altında səfər etmiş polşalı alim Matsyen Valçak da saxlanılıb. O da turist adı ilə Şahdad çölündə olub.

Qvardiya diplomatların tutulduqları ərazidə bu yaxınlarda raket sınağı keçirib.

Məlumata görə, tutulanlardan biri Avstriyanın Tehrandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavirinin xanımıdır. O, İranın Semnan əyalətinin Damqan rayonunun kəndinə səfər edərək oradan torpaq nümunəsi toplayıb.

İran tərəfi bildirib ki, diplomatların və bəhs edilən turistlərin torpaq nümunəsi topladıqları əraziyə icazə əsasında getmək olar.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə bildirib ki, diplomatların İranda həbs olunması məlumatı yalandır.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə casusluqda şübhəli bilinən bir neçə xarici diplomatı saxlayıb.

Bu barədə “Reuters” agentliyi yerli kanallara istinadən məlumat yayıb.

Saxlanılan şəxslər arasında Britaniyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini də var.

Diplomatların hazırda harada olduqları məlum deyil.

SEPAH bildirib ki, bu diplomatlar casusluq ediblər, onlar təşkilatın sınaq həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunələri toplayıblar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.