VİDADİ MUSTAFAYEV YAZIR:

TƏBRİZİ DİNİ MƏRKƏZƏ ÇEVİRMƏK TƏŞƏBBÜSLƏRİ DAVAM EDİR

İran İslam Respublikası Azərbaycanın 2020-ci ildə 44 günlük qələbə və  işğal altında olan ərazilərin azad edilməsi ilə başa çatan Vətən müharibəsindən sonra Cənubi Azərbaycanda dini(şiə) kimlyini daha da gücləndirmək və Təbriz şəhərini dini mərkəzə çevirmək siyasəti yeritməyə başlamışdır. Həmin istiqamətdə artıq bir sıra tədbirlər həyata keçirilmişdir. Həmin istiqamətdə daha bir addım atılmışdır.

Belə ki, 31 iyul 2022-ci il tarixində Şərqi Azərbaycan və onun paytaxtı Təbriz şəhərində məhərrəm və səfər aylarında keçirilən dini mərasimlərin təşkilinə həsr olunan toplantı keçirilmişdir. Toplantıda çıxış edən Aşura sepahının keçmiş komandiri,milliyyətcə kürd olan hazırki valisi Təbriz şəhərində keçirilən məhərrəmlik mərasimlərindən danışarkən demişdir ki, şəhərdə mərasimlər spontan və məhəllələrdə keçirilir və mərasim keçirən qrupların çoxunda ruhani iştirak etmir.Bunu nəzərə alan vali iki təklif irəli sürmüşdür:

1.Mərasim qruplarının(heyətlərinin) ruhanilərlə təmin edilməsi

Belə olan halda mərasimlər mərkəzi hakimiyyətin siyasətinə daha uyğun formada və nəzarət olunan şəkildə keçirilər

2.Təbriz şəhərində məhərrəmlik mərasiminin mərkəzləşdirilmiş şəkildə keçirilməsi.

İkinci təklifin həyata keçirilməsi üçün şəhərdə ayrıca yer ayrılmalıdır.Belə olarsa,  məhərrəmlik mərasimi Zəncanda olduğu kimi daha böyük ərazidə, daha böyük insan kütləsinin işrirakı ilə daha mütəşəkkil şəkildə, qabaqcadan müəyyən edilmiş plan və ssenari əsasında  keçirilə bilər. Bir sözlə, mərasim daha izdihamlı olar.Bu halda vilayətin digər şəhər və rayonlarından Təbrizə axın olar ,insanlar dini(şiə) kimliyi əsasında birləşdiklərini əyani şəkildə görər və digərlərinə də göstərmiş olarlar.

Şərhlər bağlıdır.