“Düd, dürü, dürüd” adlı sənədli filmin birinci hissəsi “Müstənəd” youtube kanalında yayınlanıb. Güneyli sənədli film rejissoru, qrafik dizayneri və sosiologiya məzunu Mohsen Hadi bu filmini Traxtur futbol komandasının keçdiyi yola, ölkə və dünya səviyyəsində xəbər başlıqlarında yer almasına səbəb olan mübahisəli mövzulara işıq tutmağa həsr edib.
“Daş, daş, qalibiyyətədək” adlı birinci hissə Traxtorun Tehranın “Perspolis” komandası ilə Təbrizdə keçirdiyi oyun haqqındadır. Həmin oyunda tamaşaçıların meydana daş atmaları nəticəsində oyun yarımçıq qalmışdı. Oyun əsnasında baş vermiş hadisələr, sonrakı günlərdə müxtəlif şəxslər və qurumların reaksiyaları bu hissənin mübahisəyə çəkdiyi məsələlərdəndir. Həmçinin birinci hissədə həmin hadisə ətrafında yaranan mübahisələrin yan keçdiyi məsələlərə işıq tutulub, fars mediasının qabartdığı nöqtələr isə bir daha nəzərdən keçirilib. Bu sənədli film həm də göstərilən reaksiyalara da diqqətəlayiq məqamlara toxunaraq, maraqlı suallar ortaya qoyub. Əsərin yazıçısı isə sosiologiya üzrə məzun güneyli Mehdi Həmidi Şəfəqdir.
Filmin dili farscadır və Türkiyə türkcəsi ilə altyazısı da var. Bu sənədli filmin birinci hissəsini “Müstənəd” adlı youtube səhifəsində pulsuz şəkildə izləmək mümkündür. “Müstənəd” toplum, elm, insanlar, tarix, siyasət və digər məsələlər haqqında qısa sənədli filmlər düzəltməyi planlayan youtube kanalının adıdır.
Ətəkyazı
Şərhlər bağlıdır.