İran İslam Respublikasında Məhərrəm və Səfər ayları mərasimləri dövlət tərəfindən təşkil edildiyi, nəzarət altında keçirildiyinə görə artıq çoxdan FORMAL, rutin xarakter alıb. Mərasimin dövlət tərəfindən təyin edilən əsas icraçıların-natiqlərin\rəvayətçi\ və məddahların \nouhe oxuyan\ nitq və nouhələrinin mövzusu qabaqcadan təyin olunub, hazırlanıb, senzuradan keçdiyindən onların əksəriyyətinə heç bir yaradıcılıq və daha doğrusu improvizasiya imkanı verilmir. Odur ki, bu iki əsas subyekt öz vəzifələrini əsasən və əksərən formal şəkildə/necə deyərlər qaloçka xatirinə yerinə yetirirlər.
Belə formalizm və dinləyicilərin eyni hadisə haqqında neçənci dəfə-Məhərrəm ayının 7-ci gününün südəmərlərin Hüseyn günü olduğunu nəzərə alsaq , kimin yaşı neçədirsə, o qədər dəfə, eyni rəvayəti və oxşar nouhəni dinləməyə maraq göstərmədiyindən, həmin subyektlərin çoxu vəzifələrinə başdansovdu və bəzən səhlənkarcasına yanaşırlar.
İranda mərasimin əsas subyektlərinin çıxışlarının və nouhələrinin mövzularını və əməldə icrasını araşdıran ruhani\doktor dinşünaslar belə qənaətə gəlirlər ki, natiqlər öz çıxışlarında tarixi faktlardan danışarkən çoxsaylı səhv və təhriflərə yol verirlər. Onlar düşünürlər ki, dinləyicilər natiqin dediklərinin düz olub-olmamasına elə də ciddi əhəmiyyət vermirlər, çünki həmin hadisələr haqqında ümumi məlumata malikdirlər və ona görə də əslində natiqə qulaq asmaq həvəsləri də yoxdur.Həmin sahədə araşdırma aparmış dinşünaslar xətiblərin çıxışlarının mətninin doğru-düzgün yoxlanılması və redaktə edilməsinin,həmçinin icrasının yoxlanılmasının zəruriliyini ön plana çəkirlər.
Mərasimin ikinci əsas subyekti və təsir imkanına görə əslində birinci subiekti olan nouhe deyənlərin proqram və ssenaridən kənara çıxma halları da müşahidə olunur.
Araşdırıcılar qeyd edirlər ki,mərasim heyətləri\qrupları bir çox halda xanegahı xatırladır. Xanegah əsasən sufilərin məskəni olub və onlar orada bir çox mərasimlər icra edirdilər. Xaneqah şeyxi orada olanlara nitq söyləyər, iştirakçılar ritmik avazla rəqs edər və bu zaman kimlərsə özündən gedər\bihuş olar və öz libasını cırardı.İranda Məhərrəm mərasiminin xanegaha bənzər şəkildə icra olunduğu yerlər vardır.
Araşdırmaçılar təəssüflə qeyd edirlər ki, Nouhə oxuyanlar küfr şerləri tərif kimi oxuyurlar,oxunan şerlər hadisənin mahiyyətindən uzaq olur,bayağı və məzmunsuz şerlər oxunur,hadisələrin təsviri ya bəsitləşdirilir ya da həddən artıq şişirdilir.Bəzi yerlərdə musiqidən istifadə olunur.
Nouhə oxuyanların davranışının bir çox hallarda normadan kənarlaşmasını – araşdırıcıların fikrincə, təhrif, küfr və bidətə yol verməsini müxtəlif cür izah etmək olar .
Birincisi,nouhe oxuyanların əksıriyyətinin sosial və təhsil statusunun natiqlərin statusundan aşağı olması və xalqa\orta və xüsusən aşağı təbəqələrə yaxın olması.İkincisi, nouhə deyənlərin sərbəstlik və ya improvizasiya imkanının, qabaqcadan razılaşdırılmış proqram və mövzudan kənara çıxmaq imkanına malik olması.
Mütəxəssislərin küfr adlandırdığı nouhələrin çoxu mövcud siyasi sistemin tənqidi və əhalinin ödənilməmiş ehtiyacları ilə bağlıdır.
Soasial şəbəkələrdə yayılan bəzi nouhələrdə İranın müasir günləri ilə bağl çox ciddi siyasi,sosial,etik,etno-milli,mənəvi-əxlaqi məsələlər qaldırılır, sistemin anti-xalq mahiyyəti,anti-etnik və dini azlıqlar siyasət yeritməsi, xalqın geniş kütlələrinin gözləntilərini doğrultmaması,üstqurum dəyişikliklərinə baxmayaraq, ədalətsiz bir cəmiyyət formalaşması haqqında, rejim funksionerləri və tərəfdarlarının fikrincə, KÜFR fikirlər söylənir.
Araşdırmaçıların fikrincə, ən əsas təhrif və küfrlər ayrı-ayrı şəxslər tərəfindən bilərəkdən və ya bilmədən edilən sapmalar deyil, mərasimin strukturuna daxil edilən tamamilə küfr hesab edilən bir komponentdən ibarətdir.
Araşdırmaçıların dediklərinə görə son illərdə Tehranda Məhərrəm mərasiminin ALTINCI günü Həzrət Qasımın toy günü kimi qeyd edilir.Həmin gün otaqlardan biri gəlin otağı kimi bəzədilir və Qasımın toy mərasimi keçirilir.Həmin küfrlə bağlı qeydlərdə mərasimin təfərrüatları açıqlanmır, sadəcə olaraq yol verilməz və çox təhlükəli bir küfr olduğu diqqətə çatdırılır.Belə hesab edilir ki, 10 günlük yas,ağlaşma və təziyə mərasimlərinin arasına toy mərasimini daxil olması qətiyyən yol verilməzdir.
Məhərrəm ayının birinci on günü mərasimlərinə əlavə edilmiş bu yeniliyin artıq digər şəhərlərə, o cümlədən Təbrizə, Zəncana yayılmağa başladığı, bunun din və mərasim üçün böyük təhlükə olduğu vurğulanır.
Məsələn, həmin günlərdə Zəncanda məscidlərin birində əzadarlar qarşısında çıxış edən Hüquq-Məhkəmə hakimiyyəti sədrinin birinci müavini Zəncan və zəncanlıları təziyə mərasimlərini xüsusi canfəşanlıqla keçirdiklərinə görə tərifləyərək, bəzi iradlarını da, xüsusən gənclərə,bildirdi.O,maşınların həzrət Qasımın adına güllərlə bəzədilməsini tənqid edərək, gənclərə müraciət edib, onları diqqətli olmağa, yolu azmamağa çağıraraq “Aşura günü toy olmasını ağlabatan”addım hesab etmədiyini bəyan etdi.
İranın ictimai elmlər sahəsində çalışan obyektiv alimləri,o cümlədən bir sıra ruhani\doktor dinşünasları, ölkədə anti-monarxist inqilabından sonra İslam hakimiyyətinin elan etdiyi heç bir yüksək amala çatılmadığını və cəmiyyətdə islahat adı altında yavaş-yavaş inqilabdan əvvəlki qaydaların,daha doğrusu dünyada mövcud olan ən ümumi qaydaların bərpa olunduğunu qeyd edirlər.Həmin dəyişikliklər Məhərrəm mərasimlərində də özünü göstərməyə başlayır.
Rejimin ideoloqları və “alimləri”Məhərrəm mərasimlərinin icrası zamanı baş verən dəyişiklikləri,müasir şəraitin təəblərinə uyğunlaşmasını qəbul etməyə hazır olmadıqlarından, onları dindən uzaqlaşma,bidət və küfr kimi dəyərləndirirlər.
Şərhlər bağlıdır.