MÜXALİF LİDER ÖLKƏSİNİN REGİONAL SİYASƏTİNDƏN NARAZIDIR

BU ƏN BİABIRÇI DƏST-XƏTTDİR

İranın keçmiş baş naziri Mirhüseyn Musəvi ölkənin regiondakı siyasətini “ən biabırçı cinayətlər” adlandırıb.

O, bu barədə “Kelme “adlı saytında yaydığı məqaləsində bildirib.

Məlumata görə, Mirhüseyn Musəvi İranın regiondakı siyasətini tənqid edib: “Hökumətimizin ən böyük günahı həqiqətə göz yummaqdır. Ən utancverci cinayətlərə şərəfli ad verilir. Möminin qəlbini zalımlara qarşı ən az meyildən qorumaq mənasına gələn ziyarətgahın müdafiəsi uşaq öldürən rejimin əsaslarını möhkəmlətmək üçün yad diyarlarda qan tökülməsinə aiddir.

İran İnqilab Keşikçiləri Qvardiyasının, SEPAH-ın Qüds Qüvvələrinin Suriyada öldürülən yüksək rütbəli komandirlərindən biri, briqada generalı Hüseyn Həmədaninin “ölkə gənclərini şikəst etmək üçün əxlaqsız quldurlar dəstəsində (iranlı gənclərin SEPAH-a cəlb edilməsini nəzərdə tutur – red.) işə götürülməsi” ideyasını bir daha tənqid edərək bildirib: “O şərəfsiz generalın canı bir tirana qərib ölkədə qurban getdi”.

İranın Yaşıllar Hərəkatının lideri sonda vurğulayıb: “Bu hərəkətlərin İran və region üçün yaratdığı bəlaların hamısı bir böyük səhvdən qaynaqlanır. Bu da xalqın iradəsini əsl mənada gözardı etməkdir. İnsanlar azad olmağa, özləri üçün seçim etməyə acdırlar. Onların bu seçimi mütləq bəşəriyyətin, milli maraqların və xalqın suverenliyinin xeyrinə olacaq”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.