“İRİB NEWS” TELEVİZİYASININ SAYTINDAN AZƏRBAYCANA QARŞI TƏHQİR  

İran dövlət televiziyasının saytı Azərbaycana qarşı təxribatçı yazı dərc edib.

İranın dövlət teleradio şirkəti olan “İRİB News” növbəti dəfə Azərbaycana qarşı qərəzli material yayıb. Sayt Azərbaycanı “sionistlərin marioneti” adlandırıb.

“İRİB News” saytı anti-Azərbaycan aksiyasını geniş işıqlandıraraq yazıb:

“Fəriman şəhərinin Qələndərabad qəsəbəsinin əhalisi Azərbaycanın “məzlum” şiələrinə dəstək aksiyası təşkil edib. Aksiya iştirakçıları azərbaycanlı şiə xanım Şəhla Fərəcovaya dəstək ifadə ediblər. Onlar habelə Azərbaycanın “marionet dövlətinin sionist addımından” öz ikrahlarını bildiriblər”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.