İRAN KƏŞFİYYATININ OĞURLUĞU 

AZƏRBAYCANLI YAZIÇI HƏBSXANADA TAPILDI

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehranda yaşayan azərbaycanlı yazıçı Yaqub Əhmədvəndi (Ayrılmaz) həbs edib.

Onlar yazıçını naməlum istiqamətə aparıblar.

Hökumət qüvvələri yazıçının mənzilində axtarış da aparıb. Yaqub Əhmədvəndə məxsus şəxsi əşyalar və əlyazmaları müsadirə edərək, özləri ilə aparıblar.

Yazıçının həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Azebaycan-ruznamesi.org

Şərhlər bağlıdır.