Məlum olduğu kimi Cənubi Azərbaycanın “böyük şair və ədiblərindən olan şair, yazıçı, tərcüməçi, tədqiqatçı və universitet professoru Hüseyn Məhəmmədzadə Sədiq (Düzgün) bir müddət xəstəlikdən sonra dünən dünyasını dəyişib və cənazəsi bu gün Təbrizdə dəfn edilib”.
Cənubi Azərbaycanın tarixində və mədəniyyət tarixində bu mühüm və kədərli hadisə Şərqi Azərbaycan saytlarında (“anaj”, “tabrizebidar”, “tabrizeman”, “asanews” və b.) bir cümlə ilə belə yad edilməyib.
Yenə təşəkkür “farsnews”saytına ki tanınmış ictimai,siyasi,mədəniyyət xadimi və alim haqqında qısa məlumat vermişdir. Təqdimatın dırnaqda olan hissəsi də həmin saytdan götürülmüşdür.
Məlum deyil ki, Təbriz saytlarını idarə edənlər Mərkəzi hakimiyyətin göstərişi,yoxsa öz təşəbbüsləri ilə tanınmış həmyerlisinə bu dərəcədə etinasızlıq və hətta hörmətsizlik göstərib.
Vidadi Mustafa
Şərhlər bağlıdır.