İRANDA ŞİRKƏT RƏHBƏRİNİN CƏSƏDİ DAĞDA TAPILDI

Ölkənin cənubunda fəaliyyət göstərən neft-kimya komplekslərinin rəhbərlərindən olan Şəhriyar Cəhorminin meyiti Firuzabad-Cəm yolunun yaxınlığında aşkarlanıb.

“İRNA” xəbər ajansının məlumatına görə, Fars əyalətinin Məhkəmə Tibbi-Ekspertizasının direktoru deyib: “İlkin araşdırmalar göstərir ki, onun ölümünə qayadan yıxılaraq aldığı xəsarətlər səbəb olub”.

Bildirilir ki, adıçəkilən şəxs yas mərasiminə qatılmaq üçün Fars əyalətinin cənub şəhərlərindən birinə gedib və geri qayıdarkən avtomobili Firuzabad-Salem yolunda uçurumun yanında dayanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.