Marağada yarımçıq qalan layihələr narazıçılığa səbəb olur. 15 il bundan öncə tikintisinə başlanan körpü tamamlanmır.
Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Azərbaycan Güneyi Marağa mahalında da başqa bölgələrdə olduğu kimi çox sayda layihə yarımçıq qaldığı üçün əhalinin narazılığına səbəb olub.
Mahalın Xudacuy şəhərində o qədərdə böyük vəsait tələb etməyən körpünün tikintisinin 15 il gecikdirilməsi yerli əhali və sosial media fəalllarının etirazları ilə qarşılaşıb.
Xudacuy şəhəri və ətraf kəndlərin çoxsaylı müraciətlərindən sonra 2006-cı ildə tikintisinə başlanan körpünün tamamlanmaması Xudacuy şəhərinin əhalisi ilə yanaşı 16 ətraf kənddə yaşayan 20 min nəfər əhalinin də çətinlik çəkməsinə səbəb olub.
Xudacuy Şəhər Şurası üzvləri on minlərlə insanın gəliş-gedişinin asanlaşdırılması üçün nəzərdə tutulan körpünün hazırda əlavə problemlər yaratdığını deyirlər.
Qeyd edək ki, bununla yanaşı Marağa mahalında onlarca layihə yarımçıq qalıb və hökumət büdcə ayırmadığı üçün onların tamamlanması mümkün olmur.
Şərhlər bağlıdır.