ÇADDA QIZILAXTARANLARIN TOQQUŞMASI ZAMANI YÜZDƏN ÇOX ADAM ÖLÜB

Çadın şimalındakı Kuri Buqudi regionunda qızılaxtaranların toqquşması zamanı yüzdən çox adam ölüb, 40 nəfər yaralanıb.

Azerbaycan-ruznamesi.org  APA-ya istinadla bildirir ki, bunu ölkənin müdafiə naziri Daud Yaya İbrahim bildirib. Generalın sözlərinə görə, 2 nəfər arasında yaranan mübahisə qısa vaxtda qanlı toqquşmaya çevrilib. Hadisədən sonra regiona çox sayda canlı qüvvə və texnika yeridilib.

Yerli medianın məlumatına görə, cinayətkarlığın yüksək olduğu regiona qonşu ölkələrdən də qanunsuz olaraq qızılaxtaranlar gəlir. Ərazidə yüzlərlə qeyri-leqal mədən fəaliyyət göstərir.

Şərhlər bağlıdır.