AMİLİ ÇOX ARXAYIN DANIŞDI:

AZƏRBAYCANDAN BAŞQA DÜNYANIN HƏR YERİNDƏ...

“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”

Kütləvi informasiya vasitələri İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili cümə namazının xütbəsində özündən çox arxayıncasıncasına danışdığını bildirib.

O deyib: -Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?

Amili, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib:

-Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.