DUMANLI TƏBRİZ

Yayın son günləridir
Nədənsə bir az erkəndən,
ürəyim qar istəyir
Yağsın
Qara yolları ağ bəzəsin
Olsun
Qoy tıxac olsun
Maşınlar,
trafik çıraqları ilə alay etsinlər
Qovşaqlarda,
kələf kimi düyün düşsünlər
Züyüb toqquşsunlar
Və kameralar onlara baxıb gülsünlər
Maşın safkarları sevinsinlər
Nəqqaşları fıştırıq çalsınlar
Siğorta şirkətləri yas tutsunlar
Təki bələdiyyə işçiləri inciməsinlər…

***

Bir az erkəndir bilirəm
Ancaq ürəyim boylu qadın ürəyi kimidir
Qara yerikləyirəm
Vaxtsız olan hər şeyi arzu etmək doğaldır
Duzun ağarantısından,
qarın ağarantısı daha canasinərdir
Dağların döşünü dolduracaq,
çayları coşduracaq qar arzulayıram
Hər yer ağ boyansın kaş
Bütün yollar sonucsuz
Qar bürümüş məqsədsiz yollarda,
yerimək istəyirəm,
Təkcə qar musiqisini dinləmək üçün
Qar yağınca,
Qar adamı düzəldəcəyəm
Bütün gövdəsi ağapbaq olan Qar adamı…
Yoruldum üzü qırmızı,
qəlbi qara,
beyni boz,
ala-bula adamlardan…

Rəsul Qədiri ,
03 sentyabr 2022

Şərhlər bağlıdır.