İRANDA JURNALİSTLƏRİN HƏBSİ DAVAM EDİR

"ŞƏRQ" QƏZETİNİN MÜXBİRİ NİLUFƏR HAMİDİ DƏ SAXLANILIB

“Anadolu” ajansının “Şərq” qəzetinə istinadən verdiyi xəbərə görə, İranın ictimai qəzeti olan “Şərq” qəzetinin müxbiri Nilufər Hamidi bu gün səhər saatlarında öz mənzilində həbs olunub. Azerbaycan-ruznamesi.org həmin informasiyanı oxuculara təqdim edir.

Xanım Hamidinin vəkili məsələnin araşdırldığını bildirib.

Həmçinin, bu səhər iranlı jurnalistlər Əlirza Xoşbəxt, Ruhullah Nəxayi və islahatçı siyasi fəal Məhəmmədrza Cəlaipur da həbs edilib. Bundan əvvəl fotoqraf Yəlda Moiri də həbs edilib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində Məhsa Əmininin öldürülməsinə qarşı xalq etirazlarının yayılması ilə ölkənin hakimiyyət orqanları bir çox bölgələrdə interneti kəsib, İnstagram və WhatsApp-ı bloklayıb.

Şərhlər bağlıdır.