İRANIN HƏDƏSİ VƏ QORXUSU

İranın Azərbaycana ünvanlanmış aramsız hədəsi, məşhur məsəldə deyildiyi kimi, onun Zəngəzur dəhlizi ilə bağlı qorxusundan qaynaqlanır. Bu qorxu, ilk növbədə, Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının coğrafi bütövlüyünün yaranması ilə əlaqədardır.

Azerbaycan-ruznamesi.org İranın xəbər agentiklərinə istinadən yazır ki, təsadüfi deyil ki, bir çox İran ekspertləri onu Turan dəhlizi adlandırır və İranın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Əlbəttə, İran yaxşı bilir ki, Zəngəzur dəhlizi onun Ermənistanla sərhədini bağlamayacaq. Amma onu da gözəl başa düşür ki, bu dəhliz Azərbaycanın regional və beynəlxalq mövqeyinin daha da güclənməsinə, Türkiyənin bölgədə nüfuzunun artmasına səbəb olacaq ki, bu da İran üçün arzu edilməyən bir reallıq yaradacaq.

VİDEO:https://fb.watch/fLYTgg2l_Z/

Şərhlər bağlıdır.