“QARABAĞ” AZƏRBAYCANIN FUTBOL HƏVƏSKARLARINI SEVİNDİRDİ

AVROKUBOKLARIN PLEY-OFFUNA VƏSİQƏNİ TƏMİN ETDİ

“Qarabağ” Azərbaycanın futbol tarixində pley-offa ikinci vəsiqəni təmin etməklə yeni uğura imza atlıb. Bu qələbə xəbəri oyun başa çatdıqdan snra hamımızı sevindirib.

Avropa Liqasının qrup mərhələsində bu IV turun yekunundan sonra məlum olub.

Bakıda “Olimpiakos”u qəbul edən Qurban Qurbanovun yetirmələri qolsuz bərabərliklə kifayətlənib – 0:0. Bununla da təmsilçimiz xal hesabını 7-yə çatdırıb.

“Qarabağ” bu sülhdən sonra G qrupunun ilk “üçlüy”ündə yerini təmin edib. Azərbaycan çempionu Avropa Liqasının ya 1/8, ya pley-offu, ya da Konfrans Liqasının pley-offunda oynayacaq.

Bu, Azərbaycan futbolu tarixində ikinci avrokubok baharı olacaq. “Qarabağ” ötən mövsümdə Konfrans Liqasında pley-off oynayıb.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında pley-off 2023-cü ilin fevralın 16-da və 23-də keçiriləcək. Avropa Liqasının 1/8 finalı martın 9-da və 16-da oynanılacaq.

Azerbaycan-ruznames.org

Şərhlər bağlıdır.